"Tibb işçiləri özlərini daha yaxşı qorumalıdır" - ÜST
01 may 2020 14:57 (UTC +04:00)

"Tibb işçiləri özlərini daha yaxşı qorumalıdır" - ÜST

“Azərbaycanda koronavirus xəstələrinin olduğu xəstəxanalarda həkimlərin virusa yoluxma səviyyəsi yüksək deyil”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisinin onlayn mətbuat konfransında ÜST-ün mütəxəssisi Cəvahir Süleymanova bildirib.

Onun sözlərinə görə, virusa yoluxan səhiyyə işçilərinin əksəriyyəti koronavirus xəstəxanalarında deyil, kənarda yoluxublar: “Çünki xəstəxanada onlar özlərini daha yaxşı qoruyurlar. Xüsusilə də poliklinikalara gələnlər çox olur. Həkimlər, tibb işçiləri özlərini kənarda da daha yaxşı qorumalıdır. Son məlumata görə, 300 səhiyyə işçisi yoluxmuşdu. Bu keçən həftəyə olan məlumatdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1429
avatar

Oxşar yazılar