"Reklamla məşğul olan həkimlərə tənqidi yanaşmalıyıq" - Komitə sədri
16 mart 2020 13:15 (UTC +04:00)

"Reklamla məşğul olan həkimlərə tənqidi yanaşmalıyıq" - Komitə sədri

“Telekanallardakı tibbi reklamlar bəzən vətəndaşın ziyanına işləyir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib.

M. Quliyev bildirib ki, yaxşı həkimin reklama ehtiyacı yoxdur.

“Mən özüm də həkiməm. Reklamla məşğul olan həkimlərə tənqidi yanaşmalıyıq. Tibbi reklamlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəyi əsasında verilməlidir”, - komitə sədri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528
avatar

Oxşar yazılar