Bu sözləri Lent.az-a millət vəkili Aqil Abbas mediada və sosial şəbəkədə onun adından yayılan məlumatla bağlı danışarkən deyib.
Deputat verdiyi açıqlamada, fikirlərini yanlış mənada manşet edən saytları qınayaraq, insanları panika və qorxu hissindən uzaq durmağa çağırıb:
“Bu yaxınlarda koronavirusla bağlı məndən bir açıqlama alıblar. Sonra da onu başqa formada təqdim ediblər. Guya mən virusa önəm vermirəm, hamı ilə öpüşüb görüşürəm. Əslində bu saytlar, sosial şəbəkələr əhali arasında panika yaradır. İnsanlar bir-birindən çəkinirlər. İstəyirəm ki, qorxu hissi panika olmasın Baxıram ki, insanlar bir-birinə ayaqları ilə salam verirlər. Belə salam vermə də qardaş, əlini bağrına bas. Mən yazıçıyam, hamı bilir ki ironiya ilə, sarkazmla danışan adamam. Demişəm ki, niyə qorxursunuz? Mən heç nədən qorxmuram əl ilə də görüşürəm, insanları bağrıma da basıram. Bunu da çeviriblər manşetə saytlara, sosial şəbəkələrə çıxarıblar. Hər sözümü götürüb yayırlar, şərh edirlər. Məni yanlış anlamayın”.
Aqil Abbas bundan əlavə, koronavirusa qarşı ölkədə keçirilən tədbirlərdən də danışıb:
“Azərbaycan dövləti əhalinin koronavirusdan qorunması bütün lazımi tədbirləri görür. Kütləvi tədbirlər, toy şənlikləri, yas mərasimləri müvəqqəti təxirə salınıb. İrandan gələn sürücülər xüsusi nəzarətlə hərəkət edirlər. Onların heç istədikləri yerdə maşından düşmələrinə də icazə verilmir. Yəni, dünyada bu xəstəlik hökm sürür və ölkəmizə keçmək ehtimalı da var. Azərbaycanda hələ ki, ölüm hadisəsi olmayıb. Bir qadın ölüb. Onun da böyrək çatışmazlığından öldüyü, lakin koronavirusa yoluxduğu da məlum olub. Ölkəyə xaricdən gələn hər bir şəxs karantinə alınır. Bununla bağlı cidi tədbirlər görülür. İnşAllah bu tədbirlər sayəsində Azərbaycan vətəndaşları üçün heç bir təhlükəli vəziyyət də yaranamayacaq”.

“Guya mən virusa önəm vermirəm, hamı ilə öpüşüb görüşürəm” – Aqil Abbas
Oxşar yazılar

Külək elə güclənir ki, küçəyə çıxa bilməyəcəyik - XƏBƏRDARLIQ
18 may 2025 , 18:32
May bu BÜRCLƏR üçün şans ayı olacaq
18 may 2025 , 18:17
Doğum tarixi ilə evlənmək üçün ən yaxşı vaxtı necə tapmaq olar?
18 may 2025 , 17:45
Tıxaclarda yanacağa qənaət: Ekspertlər nəyi tövsiyə edir
18 may 2025 , 17:14
Daimi çiyələk yesəniz bədəninizdə nə baş verir
18 may 2025 , 16:43
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir
18 may 2025 , 15:09
Bu, hər şeyi dəyişəcək: Yerdə minlərlə il üçün gizli təmiz enerji ehtiyatı tapıldı
18 may 2025 , 13:03