"BakuBus"dan sərnişinlərə ÇAĞIRIŞ: cəriməsi var - FOTO
23 noyabr 2019 10:49 (UTC +04:00)

"BakuBus"dan sərnişinlərə ÇAĞIRIŞ: cəriməsi var - FOTO

“BakuBus” MMC sərnişinləri avtobuslarda təmizliyə riayət etməyə, qapı, pəncərə və salonun digər yerlərində yapışdırılan stikerləri qoparmamağa, avtobus avadanlığına maddi ziyan vurmamağa çağırır.

Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, stikerlərin üzərində yazılan məlumatlar sərnişinlərin ictimai nəqliyyatdan istifadə qaydaları haqqında maarifləndirilməsinə xidmət edir:

"Salonda təhlükəsizlik kameraları vasitəsilə çəkiliş aparılır. Qanunvericiliyə əsasən, "BakuBus" MMC-nin avtobuslarına maddi ziyan vuran sərnişinlər məsuliyyətə cəlb olunacaqlar.

Vətəndaşlardan da avtobuslarda təmizliyə riayət etməyən və stikerləri qoparan şəxsləri bu kimi hərəkətlərdən çəkindirməyə səsləmələrini xahiş edirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1484
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar