Bu gündən 24 saylı müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus BMC Procity 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, dəyişiklik nəticəsində Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və metronun “N.Nərimanov” stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib.
Sərnişinlərin “BakıKart”ın balansını artıra bilməsi üçün 24 saylı marşrut xətti boyunca xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub.