"4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırılıb" - Prezident
16 mart 2020 16:17 (UTC +04:00)

"4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırılıb" - Prezident

"Sosial sahədə aparılan islahatlar bu il davam etdirilir. Bu islahatlar çox genişmiqyaslı islahatlardır və nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib.

Azərbaycan Prezidenti bildirib ki, xüsusilə keçən il 4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırılıb, çox böyük sosial paket icra edilib.

“Bu, bir daha onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir.

Bu il bu istiqamətdə növbəti addımlar atılır və atılacaq. Pensiyaların artırılması təmin edildi. Bu, bir daha onu göstərir ki, ötən il həyata keçirilən ciddi sosial paket bizim məqsədyönlü seçimimizdir. Əminəm ki, vətəndaşlarımızın sosial vəziyyəti ildən-ilə daha da yaxşılaşdırılacaqdır”, - Prezident İlham Əliyev vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621
avatar

Oxşar yazılar