Milli Məclisin keçmiş deputatı, texnika elmləri doktoru Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilib.
Lent.az-ın trend-ə istinadla verdiyi məlumata görə, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.
Elton Məmmədov bu təyinata qədər AMEA-nın İşlər idarəsinin müdiri olub.