Zəfərdən sonrakı 200 gün, 10 ciddi nəticə - Avropalı jurnalist yazır…
09 iyun 2021 13:00 (UTC +04:00)

Zəfərdən sonrakı 200 gün, 10 ciddi nəticə - Avropalı jurnalist yazır…

Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanmasından 200 gün ötür. Ermənistanın Dağlıq Qarabağ regionunda təxminən 30 il davam etmiş işğalına məhz bu bəyanatla son qoyulub.
Azərbaycan üçtərəfli bəyanatın imzalanmasından bu yana müharibə nəticəsində üzləşdiyi dağıntıları aradan qaldırmaqla məşğuldur: azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı planlar, son 30 ildə məcburi köçkün həyatı yaşayan azərbaycanlıların doğma evlərinə qaytarılmasına yardım və s.
Azərbaycan üçtərəfli bəyanatın imzalanmasından keçən 200 gündə 10 ciddi nəticə əldə edib.
Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpası üçün 1,3 milyarddan çox vəsait ayırıb və onun xərclənməsinə başlanılıb. İşğaldan azad olunmuş böyük şəhərlərdə bu vəsait hesabına quruculuq işləri aparılır, tarixi abidələr, muzeylər, məscidlər və s. bərpa olunur.
Azərbaycan Mədəniyyət Nazirliyi ilkin monitorinq zamanı bu torpaqlarda dövlət qeydiyyatında olan 314 abidəyə baxış keçirib. Onların əksəriyyəti Ermənistanın işğalı dövründə dağıdılıb.
Azad edilmiş rayonlarda 9 min hektardan çox ərazidə 35 min partlamamış hərbi sursat zərərsizləşdirilib. O vaxtdan bu ərazilərdə hərbi sursatların partlaması nəticəsində 120 azərbaycanlı həyatını itirib və ya yaralanıb.
Yeri gəlmişkən, 15 mindən çox insan ən məşhur petisiya saytlarından olan “change.org”da petisiya imzalayaraq, Ermənistanı minalı ərazilərin xəritəsini Bakıya təhvil vermətə çağırıb.
Bu proses çərçivəsində Azərbaycan hökuməti ilə TEPSCO və BP kimi böyük şirkətlər arasında aparılmış ciddi danışıqlardan sonra yaşıl enerjiyə əsaslanan işlərə də start verilib. Beləliklə, azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə çalışacaq, günəş erejisinin istehsalı ilə məşğul olacaq elektrik stansiyaları qurulur.
Bundan başqa, 2022-ci ildən Zəngilan rayonunda “ağıllı kəndlər” layihəsinin icrasına başlanacaq. “Ağıllı kəndlər” – kənd təsərrüfatı ərazisində fəaliyyət göstərən icmalardır. Onlar kəndin dayanıqlı inkişafı üçün innovativ həll yollarından istifadə edir. Bu zaman ərazinin ən güclü tərəflərinə və imkanlarına istinad olunur.
Məcburi köçkünlərin regiona qayıtmasını asanlaşdırmaq məqsədilə infrastrukturun bərpasına da start verilib. Azad edilmiş ərazilərdə regional avtomagistralları birləşdirəcək 600 kilometr avtomobil yolunun çəkilməsi, 150 kilometrdən çox dəmir yolunun tikintisi üzərində iş aparılır. Üstəlik, azad edilmiş ərazilərdə biri beynəlxalq olmaqla, 3 hava limanının tikintisi planlaşdırılır.
Böyük Ağdam şəhərinin yenidən qurulması ilə bağlı plan artıq təsdiq edilib. Bu şəhərdə sənaye parkının, Zəfər parkı və muzeyinin yaradılması, həmçinin Ağdamla Bərdə şəhərini birləşdirəcək avtomobil və dəmir yolunun tikintisi planlaşdırılır.
Azad olunmuş ərazilərdə bərpa prosesi fonunda 169 yaşayış məntəqəsində 13 mindən çox tikili və 1500 kilometrdən çox avtomobil yolu ilə bağlı inventarizasiya işləri aparılıb. Burada 406 yaşayış məntəqəsi Ermənistanın işğalı dövründə yerlə-yeksan edilib.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində təxminən 30 ildən sonra ilk dəfə “Xarıbülbül” musiqi festivalı keçirilib.
Bir sözlə, dağıdılmış ərazilərdə işlərin miqyasını nəzərə alsaq, Azərbaycan dövlətinin möhtəşəm silsilə işlər apardığını söyləyə bilərik. Odur ki, növbəti 200 gündə bu planların necə icra olunacağını görmək maraqlıdır. /WorldMedia.az/
Tori Makdonald, Eureporter, Aİ

# 2016
avatar

Oxşar yazılar