Hulusi Akar və Zakir Həsənov
12 yanvar 2022 12:22 (UTC +04:00)

Hulusi Akar və Zakir Həsənov

Zakir Həsənov türkiyəli həmkarı ilə erməni təxribatından DANIŞDI

Yanvarın 12-i Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.

# 1713
avatar

Mehman Nəbiyev

Oxşar yazılar