Yüzlərlə ailəyə sevinc bəxş edən SƏRƏNCAM
08 may 2023 13:55 (UTC +04:00)

Yüzlərlə ailəyə sevinc bəxş edən SƏRƏNCAM

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.

Və bu Sərəncamla dövlətimizin başçısı yüzlərlə ailəyə sevinc bəxş etdi, yeni nəfəs gətirdi. Bu, Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. 

Belə ki, bu dəfə əvvəlkilərindən daha çox - 801 məhkum əfv edilib. Onlardan 463 nəfəri azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad olunub. İnanırıq ki, əfv olunan şəxslər ölkəmizdə qanunun aliliyini dərindən dərk edərək bir daha onu pozmayacaq, faydalı işlərlə məşğul olacaq, cəmiyyətimizin inkişafına töhfələr verəcəklər. 

Sərəncamın Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanması onun siyasi kursuna, zəngin mənəvi irsinə, dövlətimizin və xalqımızın həyatında misilsiz xidmətlərinə verilən ən ali dəyərdir.

“Azərbaycanda əfv ənənəsini yaradan Ulu öndər Heydər Əliyev olub. Məhz onun hakimiyyəti illərində ictimai təhlükə törətməyəcək qədər az cinayət törətmiş, yaxud əfv sərəncamının tələblərinə uyğun olan hüquq pozuntularına yol vermiş vətəndaşlarımızın kütləvi şəkildə əfv olunması vaxtaşırı həyata keçirilib”.

Bu barədə millət vəkili Hikmət Babaoğlu deyib. O qeyd edib ki, Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində ən böyük əfv aktının imzalanması təsadüfi deyil: “Şübhəsiz ki, hər əfv bir ailə üçün sevincdir, vətəndaş üçün isə yeni başlanğıcdır.

Bəzən insanlara səhvləri düzəltmək üçün şans vermək lazımdır. Hüquqi baxımdan bunun izah olunması çətindir, amma Azərbaycan humanitar hüququn verdiyi bütün imkanlardan istifadə etməklə vətəndaşların həyatını yenidən başlaması üçün şans yaradır. Azərbaycan prezidentinin hüquqa humanist yanaşmasını ehtiva edən bu ənənə bundan sonra da davam edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2571
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar