YAP-ın MSK üzvlüyünə namizədləri məlum oldu -  SİYAHI
23 aprel 2021 16:05 (UTC +04:00)

YAP-ın MSK üzvlüyünə namizədləri məlum oldu - SİYAHI

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri məlum olub.

APA-nın məlumatına görə, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında hakim partiyadan MSK üzvlüyünə Məzahir Pənahov, Rövzət Qasımov,  Hüseyn Paşayev, Şaiddin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Surəddin Hümbətov (ehtiyat üzv) və Nailə Əsgərovanın (bitərəflərin YAP-la razılaşdıracağı) namizədliyi müəyyənləşib.

Qeyd edək ki, yeni seçilən Milli Məclisdə çoxluq YAP-dadır. Hakim partiya parlamentdə 70 deputatla təmsil olunur.

# 1746
avatar

Oxşar yazılar