XƏBƏRDARLIQ:   Ermənilər Xankəndinə yeni yol çəkir - VİDEO
24 mart 2023 17:11 (UTC +04:00)

XƏBƏRDARLIQ: Ermənilər Xankəndinə yeni yol çəkir - VİDEO

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.

Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.

Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

# 2922
avatar

Oxşar yazılar

İsa Həbibbəylidən Siyavuş Novruzova SƏRT CAVAB

İsa Həbibbəylidən Siyavuş Novruzova SƏRT CAVAB

31 may 2023 , 13:25
İsrail prezidenti dahi Nizamidən sitat gətirdi: Çətinlik anında...

İsrail prezidenti dahi Nizamidən sitat gətirdi: Çətinlik anında...

30 may 2023 , 20:34
Niyə qaraçıların  öz ölkəsi   yoxdur?

Niyə qaraçıların öz ölkəsi yoxdur?

30 may 2023 , 20:15
Liderlərin “böyük görüşü”  olacaq

Liderlərin “böyük görüşü” olacaq

30 may 2023 , 17:30
İsrail Prezidenti Azərbaycana gəldi

İsrail Prezidenti Azərbaycana gəldi

30 may 2023 , 10:25
Ermənilər mövqelərimizi 19 dəfə atəşə tutub

Ermənilər mövqelərimizi 19 dəfə atəşə tutub

30 may 2023 , 10:08
Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

30 may 2023 , 09:43
İsrail Prezidenti Azərbaycana gəlir

İsrail Prezidenti Azərbaycana gəlir

30 may 2023 , 07:50