Türkiyə səfiri: “Azәrbaycanla ikitərəfli әmәkdaşlığımız hər hansı üçüncü ölkәdәn asılı deyil”
07 dekabr 2015 20:03 (UTC +04:00)

Türkiyə səfiri: “Azәrbaycanla ikitərəfli әmәkdaşlığımız hər hansı üçüncü ölkәdәn asılı deyil”

“Bizim Azәrbaycanla hәr sahәdә inkişaf edәn ikitərəfli әmәkdaşlığımız hәr hansı üçüncü ölkәdәn asılı deyil”.

APA-nın mәlumatına görә, bunu Türkiyәnin Azәrbaycandakı sәfiri İsmayıl Alper Coşkun Rusiya sanksiyalarından sonra Azәrbaycan- Türkiyә iqtisadi münasibәtlәrinin perspekivlərinə dair sualı cavablandırarkən deyib.

 

Onun sözlәrinә görә, Türkiyәnin Azәrbaycanla siyasi, mәdәni, sosial, iqtisadi və hәrbi sahədə әmәkdaşlığı digәr ölkәlәrin iqtisadiyyatına bağlı deyil: "Nәticә etibari ilә Türkiyә vә Azәrbaycan iki qardaş ölkә kimi bir araya gәlәrәk Azәrbaycandakı vә Türkiyәdәki potensialı birlәşdirmәk, xalqlarımızın rifahını tәmin etmәk, hәm dә dünya mәdәniyyәtinә, sülhә töhfә vermәk istәyir. Rusiya baxımından bu mәsәlәyә fikir bildirmәk istәmirәm. Amma Azәrbaycan iqtisadiyyatının inkişafına töhfә verәcәk hәr bir irәlilәyişi mәmnuniyyәtlә qarşılayırıq". 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 89
avatar

Oxşar yazılar