Son döyüşlərdə itkin düşən hərbçilərlə bağlı araşdırma başlanıb - <span style="color:red;">RƏSMİ
07 aprel 2016 16:46 (UTC +04:00)

Son döyüşlərdə itkin düşən hərbçilərlə bağlı araşdırma başlanıb - RƏSMİ

 

 

Bir neçə vətəndaşın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciətinə əsasən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda iştirakları zamanı itkin düşdüyü bildirilən Azərbaycan hərbçilərinin sonrakı taleyinə aydınlıq gətirilməsi üçün aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq araşdırma işinə başlanıb.

 

APA-nın məlumatına görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından "Azərtac"a bildiriblər ki, araşdırmaların nəticələri barədə itkin düşdüyü bildirilən hərbçilərin yaxınlarına və ictimaiyyətə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

APA Baycan

Oxşar yazılar