Səfir: "Azәrbaycan insan alverinә qarşı mübarizәdə ciddi addımlar atır"
18 sentyabr 2015 00:28 (UTC +04:00)

Səfir: "Azәrbaycan insan alverinә qarşı mübarizәdə ciddi addımlar atır"

"Azәrbaycan insan alverinә qarşı mübarizә sahәsindә ciddi vә müsbәt addımlar atmaqda qәrarlıdır". APA-nın mәlumatına görә, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta insan alveri ilә bağlı sәfirin iqamәtgahında keçirilәn tәdbirdә deyib. O bildirib ki, 150 il bundan qabaq 22 sentyabr tarixindә ABŞ prezidenti Abraham Linkoln tәrәfindәn qulların azad olunması ilә bağlı sәnәd qәbul edilib: "150 il keçmәsinә baxmayaraq, insanlar hələ də qul kimi işlәdilir. İnsan alveri dedikdә, buraya  mәcburi әmәk, borc asılılığı, cinsi istismar daxildir. Bu hәr bir ölkәni әhatә edәn problemdir. Müasir dövrdә kölәliyә qarşı atdığı addımlar vә uğurlara görә Azәrbaycan hökumәtinә tәşәkkür edirik. Bunun qarşısını almaq üçün qanunlar qәbul edib. Hökumәt mәcburi әmәk vә cinsi istismar qurbanlarına qarşı maliyyә, tibbi vә digәr xidmәtlәr göstәrib. Hәm hökumәt, hәm dә QHT-lәr maariflәmdirmә tәdbirlәri hәyata keçirib. Azәrbaycanın nәqliyyat qovşaqları üzәrindә yerlәşmәsini nәzәrә alaraq müxtәlif istiqamәtlәrdә buradan bir sıra fәaliyyәtlәr cәrәyan edir.  Azәrbaycanının bu sahәdә uğurları ABŞ-ın hesabatlarında da öz әksini tapıb. Dünyanın hәr yerindә ölkәlәrin ciddi üzlәşdiyi bir problemdir. Bu sahәdә görülәsi iş hәr zaman var".

 

Daxili İşlәr Nazirliyinin İnsan Alverinә qarşı Mübarizә İdarәsinin nümayəndəsi Samir Zeynalov  bildirib ki, Azәrbaycanın tәrәfdar olduğu beynәlxalq qanunun prinsiplәrini vә ölkәnin qәbul etdiyi qanunları әsas tutaraq ölkә prezidenti 2004-2008, 2009-2013-cü illər üzrə fәaliyyәt planlarını tәsdiqlәyib. Onun sözlәrinә görә, sonuncu 2014-2018-cü illər üzrə fәaliyyәt planına isә 27 dövlәt qurumu ilә yanaşı vәtәndaş cәmiyyәti təsisatları vә beynәlxalq tәşkilatlar cәlb edilib: "ABŞ-ın Azәrbaycandakı sәfirliyi 2006 –cı ildə İnsan Alverinә qarşı Baş İdarәnin heyәti tәşkil edilәrkәn yaxından iştirak edib. Bundan başqa Dövlәt Departamentinin insan alveri ilә bağlı verdiyi tövsiyәlәr  2014-2018-cü illər üzrə fәaliyyәt planında öz әksini tapıb".

 

Tәdbirdә insan alveri üzrә fәaliyyәt göstәrən vәtәndaş cәmiyyәti qurumlarının üzvlәri vә dövlәt orqanlarının әmәkdaşları iştirak  edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Oxşar yazılar