Roma Papası Fransisk Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Lent.az AZƏRTAC-a istinadən bildirir ki, papa Fransisk Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ölkə başçısı İlham əliyevə, eləcə də həmvətənlərimizə səmimi təbriklərini çatdırıb. O, bundan şərəf hissi duyduğunu bildirib:
“Qoy Uca Tanrı ölkənizin bütün vətəndaşlarının maraqları naminə tərəqqi və rifaha yönəlmiş fəaliyyətinizdə Sizə yardımçı olsun.
Zati-aliləri, fürsətdən istifadə edərək Roma Papası seçilməyimin beşinci ildönümü münasibətilə mənə ünvanladığınız təbriklərə görə Sizə öz minnətdarlığımı bildirirəm və Allahdan xeyir-dualar diləyirəm. Ulu Tanrının mərhəmətinin Sizin, doğmalarınızın və bütün Azərbaycan xalqının üzərindən əskik olmaması üçün dualar edirəm”.