Qafqazlılardan Ukrayna XİN-ə etiraz məktubu - <span style="color:red;">AZƏRBAYCANA GÖRƏ
01 dekabr 2014 18:18 (UTC +04:00)

Qafqazlılardan Ukrayna XİN-ə etiraz məktubu - AZƏRBAYCANA GÖRƏ

Ukraynada yaşayan qafqazlılar ölkənin “1+1” telekanal əməkdaşlarının Azərbaycandan icazəsiz Dağlıq Qarabağa səfər etməsinə, veriliş hazırlamasına etiraz edib.

 

Ukrayna Qafqaz Xalqları Konqresinin sədri və Ukrayna Xarici İşlər Nazirliyinin əməkdaşı Paşa Məmmədov Lent.az-a bildirib ki, bununla bağlı kanal rəhbərliyinə, o cümlədən Dövlət Televizya və Radio Komitəsinə, Xarici İşlər Nazirliyinə etiraz məktubu ünvanlayıblar.

 

Konqres adından məktuba Ukraynada yaşayan azərbaycanlılar ilə yanaşı gürcülər, çeçenlər, avarlar, ləzgilər, abxazlar, osetinlər, inquşların təmsil olunduğu təşkilatlar qoşulublar.
P. Məmmədovun sözlərinə görə, məktubda deyilir ki, Ukraynaya məxsus telekanalda SSRİ məkanında 15 respublika ilə bağlı tarixi nöqsanlar, jurnalist etikasızlığı Ukraynanı beynəlxalq arenada dəstəkləyən Azərbaycana qarşı hörmətsizlikdir.  Məktubda bildirilir ki, Ukraynada yaşayan qafqazlılar bu hərəkətdən ciddi narahatdırlar və belə bir halın növbəti dəfə təkrar olunacağı halda buna aksiyalarla cavab verəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 967

Oxşar yazılar