Prezident Sumqayıtda əlil və şəhid ailələri üçün inşa olunmuş binanın açılışın edib
24 dekabr 2012 14:52 (UTC +04:00)

Prezident Sumqayıtda əlil və şəhid ailələri üçün inşa olunmuş binanın açılışın edib

Dekabrın 24-də Sumqayıt şəhərində, eləcə də paytaxtın Sabunçu rayonunun Zabrat, Suraxanı rayonunun Hövsan qəsəbələrində, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binaları istifadəyə verilib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, 
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıtdakı binanın açılış mərasimdə iştirak ediblər.
Dövlət başçısı və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış olublar.


Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib ki, əlillər və şəhid ailələri üçün inşa olunmuş 12 mərtəbəli 96 mənzilli yeni yaşayış binasında sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Mənzillərin tərtibatında müasir dizayn elementlərindən istifadə olunub və onlar mebel dəstləri ilə təmin edilib. Dövləti başçısı yeni binanın sakinləri ilə görüşüb.


Nazir Füzulu Ələkbərov prezident İlham Əliyevə məlumat verib ki, Gəncə və Şəki şəhərlərində, Zabrat və Hövsan qəsəbələrində, eləcə də Şəmkir rayonunda yeni binaların sakinləri telekörpü vasitəsilə Sumqayıtda keçirilən bugünkü mərasimi izləmək və dövlət başçısına müraciət etmək imkanına malikdirlər. 
Azərbaycan Prezidenti mərasimdə çıxış edib. 
Sonra dövlətimizin başçısı yeni mənzillərin orderlərini və Naxçıvan avtomobil zavodunun istehsalı olan “Naz Lifan” markalı avtomobillərin açarlarını sahiblərinə təqdim edib.
 

Telekörpü vasitəsilə Şəki şəhərindən mərasimə bağlanan Qarabağ müharibəsi əlili Sərvər Məmmədov, Gəncə şəhərindən telekörpü vasitəsilə mərasimə qatılan şəhid anası Minayə Piriyeva ordunun və gənclərimizdə vətənpərvərlik ruhunun gücləndirilməsində göstərdiyi xidmətlərinə görə, Azərbaycan Prezidentinə təşəkkür edib. 
Çıxış edənlər prezident İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər və dövlət başçısının məhz belə bir gündə onlarla birlikdə olmasından sevinc duyduqlarını söyləyiblər. 


Onlar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya da ən xoş arzularını çatdırıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1426
avatar

Oxşar yazılar