Prezident: "Ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır"
“Bu gün Azərbaycanda sözün əsl mənasında müstəqil siyasət yürüdülür. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub”.
APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışında deyib.
Dövlət başçısı xalqın maraqlarının siyasətin mənbəyi olduğunu və ölkədə qazanılan uğurların əsasında xalq, iqtidar həmrəyliyinin dayandığını, ölkənin beynəlxalq nüfuz və mövqeyinin daha da möhkəmləndirildiyini bildirib.
471