Mehriban Əliyevanın deputat mandatı ləğv olundu
06 mart 2017 16:14 (UTC +04:00)

Mehriban Əliyevanın deputat mandatı ləğv olundu

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında V çağırış Milli Məclisin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov Mehriban Əliyevanın Azərbaycan prezidenti İlham Əliyevin 21 fevral tarixli sərəncamı ilə birinci vitse-prezident təyin olunduğunu bildirib.

 

M. Əliyevanın deputat kimi uğurlu fəaliyyətindən söz açan M. Pənahov onun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət etdiyini bildirib: "Mehriban Əliyeva prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Ona birinci vitse-prezident kimi fəaliyyətində uğurlar arzulayırıq. Konstitusiyaya əsasən, Milli Məclis üzvü dövlət orqanlarında vəzifəyə təyin olunarsa, deputat kimi səlahiyyətlərinə xitam verilməlidir. Bununla bağlı Mehriban Əliyeva martın 3-də MSK-ya müraciət edib".

 

Daha sonra məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

APA Baycan

Oxşar yazılar