Lavrovun Bakıya səfəri başlayır
01 sentyabr 2015 11:04 (UTC +04:00)

Lavrovun Bakıya səfəri başlayır

Bu gün günün ikinci yarısında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri başlayacaq.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, sentyabrın 1-də günün birinci yarısında Sergey Lavrov Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunda (MQİMO) ənənəvi çıxış edəcək. Görüşdən dərhal sonra Sergey Lavrov Bakıya yola düşəcək. Burada görüşlər günün ikinci yarısında başlayacaq. İşçi səfəri zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, regional məsələlər müzakirə olunacaq.

 

Səfər zamanı S. Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

 
# 232
avatar

Oxşar yazılar