İrandan Azərbaycana narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb
09 iyul 2015 16:51 (UTC +04:00)

İrandan Azərbaycana narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana  piyada gələn Azərbaycan vətəndaşı Xoşqədəm Əfəndiyevanın üzərində şəxsi yoxlama zamanı ondan “ddp/40” nişanəli cəmi 54 ədəd metadon adlı həb aşkar edilib.

 

DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  bu hadisədən təqribən 20 dəqiqə sonra İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Emil Əcəmova məxsus əşyalara baxış zamanı da oxşar fakt qeydə alınıb. E.Əcəmovun siqaret qutusundan isə “ddp/40” nişanəli cəmi 15 ədəd metadon adlı həb aşkar edilərək götürülüb.

 

Biləsuvar Gömrük İdarəsinin təhqiqat bölməsində aparılan ilkin araşdırma zamanı sözügedən şəxslərin İran İslam Respublikasına birlikdə gedərək metadon adlı həbləri birlikdə əldə etdikləri müəyyən edilib.

 

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar