Rəsulzadə barədə qalmaqallı açıqlama verən deputat <span style="color:red;">DANIŞDI  - <span style="color:red;">YENİLƏNİB
01 dekabr 2015 13:42 (UTC +04:00)

Rəsulzadə barədə qalmaqallı açıqlama verən deputat DANIŞDI - YENİLƏNİB

Deputat Naqif Həmzəyev də qalmaqala münasibət bildirib. O, Lent.az-a açıqlamasında  bildirib ki, "Yeni Müsavat"dakı məqalə həmin daloqun ruhuna tamamilə ziddir: "Orada xanm jurnalistin təqdim etdiyi kimi, təhqiredici ifadələrdən qəti istifadə olunmayıb. Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib. Buna çox təəssüf edirəm". 

 

***

13:20

Gəncənin yeni deputatı Naqif Həmzəyev Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin ünvanına kəskin tənqidlər səsləndirib.

 

Bunu musavat.com saytı yazıb.

 

Saytın yazdığına görə, N. Həmzəyev bir görüşdə jurnalistin Rəsulzadənin Gəncədəki büstünün təmirinin başa çatmamasının səbəbi barədə suala cavabında qeyd edib ki, Rəsulzadənin büstü və ya heykəlinin qoyulmasına heç bir ehtiyac yoxdur: "Mən bu cür tarixi şəxsiyyət tanımıram. Heç bilirsiz, o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı".

 

Saytın yazdığına görə, deputat Rəsulzadəni "İrəvanı və digər torpaqları satmaqda" ittiham edib: " Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir. Bir də ki, cümhuriyyətin qurulmasında  təkcə Rəsulzadə deyil, başqalarının da xidmətləri olub. Siz niyə onlar barəsində sual vermirsiz? Cümhuriyyət məgər təkcə Rəsulzadədən ibarətdir?! Hazırda Gəncədə Nizami Gəncəvinin və digər tarixi şəxsiyyətlərimizin həyat və yaradıcılığı ilə bağlı işlər görülür, onlara aid abidələr qoyulur.

Cumhuriyyətin ildönümü ilə əlaqədar şəhərimizin Gülüstan qəsəbəsində “İstiqlal” parkı açılıb.

 

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə isə modern.az saytına açıqlamasında deputatla məhkəmədə görüşəcəyini deyib: “Dediyi sözlərin hamısı onun özünə aiddir. Belə fikir səsləndirməsi həmin adamın tarixi bilməməsindən irəli gəlir. Təəssüf edirəm ki, belə savadsızlar deputat seçilib. O, Məhəmməd Əmin Rəsulzadəni təhqir edibsə, məhkəmədə cavab verməli olacaq”.

 

Hələ ki, N. Həmzəyev bu xəbərə reaksiya verməyib.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ölkə səviyyəsində qeyd olunub.

 

Həmin sərəncamda Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş şəxsiyyət kimi qiymətləndirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349
avatar

Oxşar yazılar