Preziden Fransanın xarici işlər naziri ilə görüşdü - <span style="color:red;">YENİLƏNİB
27 may 2018 11:34 (UTC +04:00)

Preziden Fransanın xarici işlər naziri ilə görüşdü - YENİLƏNİB

Prezidenti İlham Əliyev mayın 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-İv Lö Drianı qəbul edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, fransız şirkətlərinin ölkəmizdə uzun illər səmərəli fəaliyyət göstərdikləri, Azərbaycanda nəqliyyat, kosmik sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə bir çox layihələri uğurla icra etdikləri qeyd olunub. Fransız şirkətlərinin Azərbaycanda fəaliyyətlərindən razılıq hissi keçirdikləri diqqətə çatdırılıb.

 

Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd olundu, SOCAR-la TOTAL şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunularaq Bakıda fransız liseyinin fəaliyyətinin bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi qeyd olunub.

 

Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Fransız-Azərbaycan universitetinin yaradılmasına görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın mövqeyi bu münaqişənin tezliklə beynəlxalq hüquq və norma prinsipləri əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllindən ibarətdir.

 

Səmimi şəkildə keçən görüşdə Azərbaycan ilə Fransa arasında gələcək çoxşaxəli əməkdaşlığın müxtəlif aspektləri müzakirə edildi.

 

 

 

******

 

 

11:15

 

 

Fransa respublikası Avropa və xarici işlər naziri Jan-Iv Lö Drianın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycana rəsmi səfəri başlayıb.

 

APA-nın məlumatına görə səfər çərçivəsində Fransa XİN başçısı ADR-nin 100 illik yubileyinə  həsr edilmiş bir sıra tədbirlərdə iştirak edəcək.

 

Jan-Iv Lö Drianın Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, xarici işlər naziri  Elmar Məmmədyarov və maliyyə naziri  Samir Şərifovla görüşü nəzərdə tutulub.  Görüşlər zamanı gündəmdə olan beynəlxalq məsələlər və ikitərəfli əlaqələr müzakirə ediləcək.  Fransa və Azərbaycan  arasında iqtisadi sahədə yeni sazişlərin imzalanacağı gözlənilir.

 

Fransa XİN başçısı bu gün Azərbaycan - Fransız Universitetinə  (UFAZ) də səfər edəcək. Nazir  Azərbaycan Xalq Cümhuriyyətinə  həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin fondunun arxiv sərgisinin rəsmi açılışına qatılacaq, eyni zamanda universitetin bir qrup tələbəsi ilə görüş keçirəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454
avatar

APA Baycan

Oxşar yazılar