Elşad Abdullayev məhkəmələr arasında qalıb
18 mart 2013 17:29 (UTC +04:00)

Elşad Abdullayev məhkəmələr arasında qalıb

Gülər Əhmədovanın həbsindən sonra fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev zərərçəkmiş şəxs qismində tanınması üçün Səbail rayon məhkəməsinə müraciət edib. Lent.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsi müraciətə baxmayıb və E.Abdullayevin Bakı İqtisad Məhkəməsinə müraciət etməli olduğu qənaətinə gəlib.

 

Elşad Abdullayevun vəkili Adil İsmayılov Lent.az-a bildirib ki, onlar müraciətə baxılmamasına görə, Apelyasiya məhkəməsinə müraciət edib. Apelyasiya məhkəməsinin bu gün keçirilən iclasında  Səbail rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

 

Vəkil A.İsmayılov Lent.az-a bildirib ki, onlar E.Abdullayevin zərərçəkmiş şəxs qismində tanınması üçün İqtisad Məhkəməsinə müraciət edəcəklər.

 

Qeyd edək ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Belə ki, G.Əhmədova Elşad Abdullayevin yaydığı videolardan sonra deputat mandatından imtina edib. Videolarla bağlı sabiq deputat barəsində yuxarıda qeyd edilən maddələrlə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2017
avatar

Nizam Rza

Oxşar yazılar