Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.
Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT-nin rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra ikitərəfli rəsmi görüşləri də nəzərdə tutulub.