Bu yaxınlaşma Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər <span style="color:red;">- AÇIQLAMA
12 dekabr 2014 11:49 (UTC +04:00)

Bu yaxınlaşma Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər - AÇIQLAMA

“Türkiyə ilə Rusiya arasında son dövrlərdə münasibətlərin yaxınlaşması Azərbaycanın maraqlarına uyğundur və biz bunu alqışlayırıq”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 

Rusiya və Türkiyənin Azərbaycana qonşusu, regionun nüfuzlu dövlətləri olduğunu xatırladan X. Xələfov, Azərbaycanın hər iki dövlətə yüksək etimad münasibətinin olduğunu vurğulayıb: “Bu baxımdan da hər iki dövlət arasında münasibətlərin yaxşılaşması, getdikcə yüksək səviyyədə olması Azərbaycanın maraqlarını təmin edir”.

 

“İki dövlət arasında münasibətlərin yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə bilər” sualına X. Xələfov belə cavab verib:

“Regiondakı münaqişələrin həll edilməsi hər kəsin marağındadır. Nəzərə alsaq ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçidir, Türkiyə Ermənistanla da qonşudur, bu o deməkdir ki, iki dövlətin münasibətlərinin yaxşılaşması münaqişənin həllinə müsbət təsir edə bilər. Biz də bunu gözləyirik”.

# 66
avatar

Oxşar yazılar

Ruben Vardanyan  - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA

Ruben Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA

16 aprel 2024 , 09:52
Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50