Azərbaycan prezidenti İlham Əliyev ad gününü qeyd edir
24 dekabr 2014 00:23 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ad gününü qeyd edir

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. APA-nın məlumatına görə, dövlət başçısının 53 yaşı tamam olur.

 

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.

 

1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

 

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib.

 

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə qələbə qazanıb.

 

Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

 

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

 

Evlidir. Üç övladı var.

 

APA Holding” Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır!

# 85
avatar

Oxşar yazılar

Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08