
Azay Quliyev Türkiyəyə gedir
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini Azay Quliyev təşkilatın xüsusi missiyası çərçivəsində iyunun 6-dan 9-dək Türkiyədə səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Türkiyədə mövcud ictimai-siyasi vəziyyətlə tanışlıq, qurumun nümayəndə heyətinin ötən ilin avqustunda Ankarada keçirilən görüşlərinin nəticələrinin müzakirəsi, ATƏT PA ilə qardaş ölkə arasında dialoq və əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarətdir.
Səfər çərçivəsində Azay Quliyevin Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, CHP lideri Kamal Kılıçdaroğlu, Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Vedat Bilgin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.
Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29