Astarada əl qumbaraları tapıldı
30 mart 2019 09:05 (UTC +04:00)

Astarada əl qumbaraları tapıldı

Martın 29-da saat 22:22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Astara rayonu, Qamışovka kəndi ərazisində 2 ədəd F-1 əl qumbarasının və tapançanın tapılması barədə məlumat daxil olub. Bu barədə Lent.az-a ANAMA-dan bildirilib.
 
 
Xəbərdə qeyd olunur ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
 
 
Agentliyin mütəxəssisləri və Sahil Mühafizəninəməkdaşları tərəfindən  yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi Sahil Mühafizənin əməkdaşları tərəfindən mühafizəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 1 ədəd korroziyaya uğramış tapança aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
 
 
Aşkar olunmuş obyektlərin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 853
avatar

Aygün İbrahimli

Oxşar yazılar