Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber martın 15-16-da Azərbaycana səfər edəcək.
Aİ-nin xüsusi nümayəndəliyindənAPA-ya verilən məlumata görə, səfər zamanı H. Salber Azərbaycanda rəsmi şəxslərlə görüşlər keçirəcək.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlərə xüsusi diqqət yetiriləcək.