"Zaxarovaya "durnaya jenşina" demək olardı" - Millət vəkili
24 iyun 2016 12:56 (UTC +04:00)

"Zaxarovaya "durnaya jenşina" demək olardı" - Millət vəkili

“Görünür ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zaxarovanun Novruz Məmmədov haqqında dedikləri qəbuledilməzdir. Novruz Məmmədov barədə dediklərinin müqabilində rus dilində desək, “durnaya jenşina” demək olardı, ancaq demək istəmirəm”. 

 


APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar iclasında millət vəkili Qüdrət Həsənquliyev söyləyib.

 
”Görünür ki, Novruz Məmmədovun Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı söylədikləri düzdür ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri belə aqressiv reaksiya verib. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu xanıma lazımi reaksiya verməlidir”, - deyə o vurğulayıb.

# 72
avatar

APA Baycan

Oxşar yazılar