!["Yol verilmiş ciddi təhriflərlə bağlı Kolorado Senatına məktublar göndərilib" - XİN təmsilçisi](https://lent.az/storage/news/2019/april/25/big/805d64ec918979e658ab32b78b97941a.jpg)
"Yol verilmiş ciddi təhriflərlə bağlı Kolorado Senatına məktublar göndərilib" - XİN təmsilçisi
"24 aprel tarixində Kolorado ştatının 35 nəfərlik senatı qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Ermənistan və qondarma “artsaxın” Türkiyə və Azərbaycan tərəfindən “blokadasına” istinad edilir və guya ki, Naxçıvan Muxtar Respublikasında erməni “xristian irsinin” mədəni soyqırmının törədildiyi iddia edilir".
Bu sözləri ONA-ya açıqlmasında XİN-in Mətbuat katibi Leyla Abdullayeva ABŞ-ın Kolorado ştatının senatı tərəfindən qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsi və bu qətnamədə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun tanınması ilə bağlı məlumatı şərh edərkən deyib.
O bildirib ki, bəzi media nümayəndələri qətnaməni işğal altındakı torpaqlarımızda yaradılmış qondarma quruma istinadən guya həmin qurumun tanıması kimi təqdim etməyə cəhd edib: “Vurğulamaq istərdik ki, sözügedən qətnamənin mətni onu ifadə etmir və hər hansı bir qurumun “dövlət” kimi tanınması, ümumiyyətlə ştat qanunverici orqanının səlahiyyətləri xaricindədir. Onu da bildirmək istərdik ki, praktiki və hüquqi əhəmiyyəti olmayan belə simvolik qətnamələr ştatlar üçün də hər hansı bir nəticə doğurmadığı üçün qısa prosedurla qəbulu mümkün olur”.
Leyla Abdullayeva deyib ki, Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Kolorado Senatının rəhbərliyi və hər bir üzvünə ölkəmizlə bağlı yol verilmiş ciddi təhriflər və yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərilib və müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Sərdar Cəlaloğlu namizədliyini geri götürdü](https://lent.az/storage/news/2024/july/26/big/66a3ce7e1dffc66a3ce7e1dffd172201126266a3ce7e1dff766a3ce7e1dff9.jpg)
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü
26 iyul 2024 , 20:27![Naxçıvan MSK-nın sədri deputat olmaq üçün istefa verdi](https://lent.az/storage/news/2024/july/26/big/66a34e90016fe66a34e90016ff172197851266a34e90016f966a34e90016fc.jpg)
Naxçıvan MSK-nın sədri deputat olmaq üçün istefa verdi
26 iyul 2024 , 11:21![Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi](https://lent.az/storage/news/2024/july/25/big/66a251d348e1566a251d348e16172191381166a251d348e0f66a251d348e12.jpg)
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
25 iyul 2024 , 17:19![Polad Bülbüloğlu](https://lent.az/storage/news/2024/july/25/big/66a1e9bb8206066a1e9bb82062172188716366a1e9bb8205b66a1e9bb8205e.jpg)
Polad Bülbüloğlu Şuşanın deputatı olmaq istəyir - YENİLƏNİB
25 iyul 2024 , 16:11![Tovuzda erməni təxribatının qarşısı alındı](https://lent.az/storage/news/2024/july/25/big/66a23fec240eb66a23fec240ed172190922866a23fec240e566a23fec240e8.webp)
Tovuzda erməni təxribatının qarşısı alındı
25 iyul 2024 , 16:05Yəhudinin arvadı və Kaliforniyanın baş prokuroru: Anası ona nə demişdi?
24 iyul 2024 , 20:15![Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edildi - SƏBƏB](https://lent.az/storage/news/2024/july/24/big/66a0f8f12050c66a0f8f12050d172182552166a0f8f12050666a0f8f120509.jpg)
Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edildi - SƏBƏB
24 iyul 2024 , 16:51![Tramp amerikalılar arasında dəstəyini itirir – Əsas SƏBƏB](https://lent.az/storage/news/2024/july/24/big/66a0cbba7d96c66a0cbba7d96d172181394666a0cbba7d96666a0cbba7d969.webp)