![[b]"Məsələ region çərçivəsindən çıxır" - Araz Əzimov[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]"Məsələ region çərçivəsindən çıxır" - Araz Əzimov[/b]
“Azərbaycan 25 ildən çoxdur münaqişə şəraitində yaşayır. Münaqişənin həll olunması üçün onun erkən vaxtında müraciət edilə bilərdi, lakin bu, heç zaman gec hesab olunmur”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “BMT-nin preventiv tədbirlər mədəniyyəti formalaşdırmaq naminə 70 illik fəaliyyəti” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
A. Əzimov bildirib ki, beynəlxalq qurumlar münaqişələrin həllinə töhfə verməklə, məsələyə beynəlmiləl yanaşma gətirməlidir: “Münaqişələr artıq iki ölkənin məsələsi deyil. Burada məsələ region çərçivəsindən çıxır. Oxşar şəraitin yaranmasına qarşı çıxmaq üçün preventiv tədbirlər görərək və əvvəllər münaqişələrin həlli ilə bağlı təcrübələrdən çıxış edərək sülhün bərqərar olmasına zəmin yaratmaq mümkündür. Lakin bəzən qonşu cəmiyyətlərdə beynəlxalq qanunun tanınması və bu sahədə savadın olması şübhə yaradır. Beynəlxalq qanun prinsipindən çıxış edərək hər bir tərəf bu qanunlara hörmət etməlidir, beynəlxalq qurumlar cəmiyyətlərə bunu aşılamalıdır. Bu istiqamətlərdə ekspertlər işləməlidir”.
Oxşar yazılar

III Şuşa Qlobal Media Forumu - Prezident tədbirdə iştirak edib - YENİLƏNİB-YENİLƏNİB
20 iyul 2025 , 09:22
Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev
19 iyul 2025 , 20:25
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57