Əli Hüseynli sərt danışdı
03 dekabr 2014 13:26 (UTC +04:00)

Əli Hüseynli sərt danışdı

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ dövlət Departamentinin sözçüsü Cen Psakinin son açıqlamasına münasibət bildirib.

 

Ə. Hüseynli APA-ya açıqlamasında deyib ki, C. Psakinin son açıqlaması heç də təəccüb doğurmur: “Ümumiyyətlə, Dövlət Departamentinin son dövrlər Azərbaycanın işğal olunmuş ərazisində ermənilər tərəfindən həyata keçirilən provokasiyalarla bağlı tutduqları mövqe onların əsl simasını üzə çıxarır. Azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevə verilən işgəncələr, qondarma məhkəmə prosesi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində hərbi təlimlər və provokasiyalar etməsinə münasibət bildirmək əvəzinə, Azərbaycan hökumətinə qarşı əsassız ittihamlar söyləyir. Əslində, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətindən yox, biz ABŞ hökumətinin insan haqlarına dair beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən narahatıq.

 

Amerika Birləşmiş Ştatları öz xalqına qarşı polis zorakılığına son qoymalı, irqi və milli dözümsüzlük hallarına qarşı tədbirlər görməlidir. Beynəlxalq aləmdə isə ABŞ son dövrlər terrorizmə qarşı mübarizə aparan ölkədən terrorizmi dəstəkləyən ölkəyə çevrilməkdədir”.

 

Ə. Hüseynli həmçinin bildirib ki, bu günlərdə səfirliyin müraciəti əsasında MM-in Hüquq komitəsinin sədri kimi ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanla görüş keçirib, və görüşdə o cümlədən QHT-lərlə bağlı qanuna əlavə edilmiş son dəyişikliklər müzakirə edilib: “Bu dəyişikliklərin milli QHT-lərin donorlar tərəfindən maliyyələşdirilməsinin şəffaflığı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Görüş zamanı həmçinin səfirlik nümayəndələrinə Azərbaycanla bağlı məsələlərdə amerikalılara yeni, daha yaxşı eynəkdən istifadə etməyi məsləhət bildim”.

# 67
avatar

Oxşar yazılar

Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08
Prezidentdən Ramazan təbriki

Prezidentdən Ramazan təbriki

8 aprel 2024 , 17:08