Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Rusiya Federasiyasının Azərbaycandakı səfiri təyin edib.
APA-nın xəbərinə görə, müvafiq sərəncam rəsmi hüquq informasiya portalında dərc edilib.
Qeyd edək ki, M.Boçarnikov 2006-cı ildən bu ilin fevralınadək Rusiyanın Qazaxıstandakı səfiri postunda çalışıb.
M.Boçarnikov yeni postunda Vladimir Doroxini əvəzləyib. V.Doroxin 2017-ci ilin noyabrında vəzifəsindən azad edilib.