[b]Konqresmendən Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı[/b] BƏYANAT
19 oktyabr 2016 08:54 (UTC +04:00)

[b]Konqresmendən Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı[/b] BƏYANAT

 

 

ABŞ Konqresinin Tennesi ştatından olan demokrat üzvü, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bəyanat verib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən lent.az-a verilən məlumata görə, səfirliyə təqdim olunan bəyanatda 1991-ci il 18 oktyabrda müstəqilliyini bəyan edən Azərbaycanın qlobal

enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə və nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində vacib müttəfiqə çevrildiyi qeyd olunur. Eyni zamanda müsəlman əksəriyyətli cəmiyyəti olan dünyəvi dövlətdə etnik və dini dözümlülük baxımından bir nümunə olduğu vurğulanır. Bəyanatda həmçinin Azərbaycan İsrail dövləti ilə yaxşı əlaqələrə malik olduğuna görə təqdir edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Oxşar yazılar