[b]Davudoğludan ittiham:[/b] "15 gün öncə niyə söyləmirdiniz?"
04 dekabr 2015 13:50 (UTC +04:00)

[b]Davudoğludan ittiham:[/b] "15 gün öncə niyə söyləmirdiniz?"

"Türk və rus xalqları arasında heç bir problem yoxdur və olmayacaq. Türklər və ruslar Avropa və Asiya tarixini birlikdə formalaşdırmış iki böyük xalqdır. Rus xalqı qürurlu xalqdır, biz onlara hörmətlə yanaşırıq. Amma hər kəs bilməlidir ki, türk xalqı da qürurlu xalqdır və hörmət etdiyi xalqlardan hörmət gözləyir”.

 

APA-nın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıda, ADA Universitetində çıxışı zamanı deyib. O, Rusiya rəhbərliyinə çağırış edib: “Gəlin, problemləri üz-üzə müzakirə edək. 15 gün əvvəl gündəmdə olmayan “Türkiyə İŞİD-i dəstəkləyir” kimi iddialarla soyuq müharibə dövrünü xatırladan kampaniyalardan bir-birimizə qarşı istifadə etməyək. Əgər belə bir iddia vardısa, niyə 15 gündən əvvəl gündəmə gətirmədiniz? Biz hava sahəmizə girən və kimə məxsus olduğu bilinməyən təyyarəyə qarşı özünümüdafiə hüququmuzdan istifadə etmişik. Buna görə heç kəs Türkiyəni ittiham edə bilməz. Biz sərhədlərimiz qoruduğumuz üçün üzr istəyə bilmərik. Türkiyə-Suriyasərhədi Türkiyə-Rusiya sərhədi deyil. Biz heç kimə yuxarıdan baxmarıq, amma bizə də yuxarıdan baxılmasını istəmirik. Bu hadisə Rusiya sərhədinə yaxın bir yerdə yox, Türkiyə sərhədinə yaxın yerdə baş. verib. İŞİD-ə qarşı əməliyyat bəhanəsi ilə türkmənləri qətlə yetirmək İŞİD-ə xidmət etməkdir. İŞİD-ə qarşı əsas mübarizə türkmənlər tərəfindən aparılır”.

 

Ə. Davudoğlu sanksiyalar məsələsinə də toxunub: “Bu embarqolar kimsəyə fayda verməyəcək. Rusiyaya qarşı embarqo tətbiq edilərkən biz buna qarşı çıxdıq və eyni hərəkəti etmədik. O vaxt bizə müxtəlif yollarla təşəkkür etdilər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271
avatar

Oxşar yazılar