“Azərbaycan-Rusiya sərhədinin demarkasiyası bir neçə il çəkəcək”
08 dekabr 2014 13:24 (UTC +04:00)

“Azərbaycan-Rusiya sərhədinin demarkasiyası bir neçə il çəkəcək”

 

“Hazırda Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesi həyata keçirilir. İndiyədək dövlət sərhəd xəttinin böyük hissəsi komissiyalar tərəfindən razılaşdırılıb, təxminən 1/3 hissəsi razılaşdırılmamış qalır. 2015-ci ilin əvvəllərində bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək”. 

 

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 

X. Xələfov bildirib ki, Rusiya ilə Azərbaycan arasında sərhədin delimitasiyasına dair imzalanmış dövlətlərarası müqavilənin tələblərinə uyğun olaraq, hər iki dövlət sərhədlərin demarkasiyası prosesi üzərində iş aparır: “Bu istiqamətdə dövlət komissiyaları fəaliyyət göstərir. Biz artıq bir necə görüş keçirmişik. Artıq normativ sənədləri qəbul etmişik və bu sənədlər Milli Məclis tərəfindən təsdiq olunub. Sənədləşmə prosesi başa çatandan sonra sərhəd boyu işarələrin qoyulması və digər işlərin görülməsi istiqamətində fəaliyyəti davam etdirəcəyik. Bu, uzunmüddətli fəaliyyətdir. Rusiya-Azərbaycan sərhədi uzun olduğuna görə bu iş bir neçə il davam edəcək. Bu illər çərçivəsində dövlət komissiyaları daim fəaliyyət göstərəcək. Dövlət komissiyalarının nəzdində olan işçi qrupları isə bu fəaliyyətin əlaqələndirilməsini və ardıcıllığını təmin edəcək”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207
avatar

Oxşar yazılar