Türkiyə universitetlərinə qəbul olunan Azərbaycan vətəndaşlarına  MÜRACİƏT
16 sentyabr 2021 18:37 (UTC +04:00)

Türkiyə universitetlərinə qəbul olunan Azərbaycan vətəndaşlarına MÜRACİƏT

Azərbaycan səfirliyi 2021-2022-ci tədris ilində Türkiyə universitetlərinə qəbul olunmuş ölkə vətəndaşlarına müraciət edib.

Lent.az-ın səfirliyə istinadən verdiyi xəbərə görə, Azərbaycan vətəndaşları pasport və biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə bilirlər.

“Türkiyənin ərazisində hər hansı səbəbdən 90 gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan vətəndaşları, o cümlədən tələbələr bu dövlətdə yaşamaq icazəsi almaq üçün Türkiyəyə pasportla giriş etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq, Türkiyəyə təhsil almağa gələn vətəndaşlarımızın bu dövlətə pasportla giriş etmələri çox vacibdir”, - məlumatda qeyd olunub.

# 4941
avatar

Oxşar yazılar