Türkiyə ilə Azərbaycan ordusunun üzvləri
17 yanvar 2021 15:01 (UTC +04:00)

Türkiyə ilə Azərbaycan ordusunun üzvləri

Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlim-məşqləri keçiriləcək-FOTO

Fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlimlər keçiriləcək.

APA-nın  yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Qış-2021 Türkiyə-Azərbaycan Taboru Kombinə Edilmiş Birgə Vəzifə Gücü Təlimi"nə qatılacaq Azərbaycanlı hərbçilər artıq Qarsa gediblər.

“Qarabağda Ermənistan Ordusuna qarşı böyük bir qələbə qazanan qardaşlarımızı qürurla qarşılayırıq. "Bir millət, iki dövlət" anlayışımızla "bir ürək, bir bilək, bir yumruq" kimi birləşərək, fəaliyyətlərimizə davam edəcəyik!” - deyə məlumatda bildirilib.

# 2142
avatar

Oxşar yazılar