Donald Tramp ABŞ prezidenti kimi fəaliyyət göstərdiyi ilk həftə ərzində Rusiyaya ünvanlananlar da daxil olmaqla bir neçə yüksək səslə bəyanatlar verib. Ağ ev rəhbəri bu yolla Rusiya lideri Vladimir Putinin ölkə daxilində nüfuzunu sarsıtmağa çalışır.
Lent.az-ın xarici mediaya istnadən xəbərinə görə, bunu Milli antiböhran qrupunun idarəedici tərəfdaşı Taras Zaqorodnı söyləyib.
"Trump təcrübəli bir danışıqçıdır və başa düşür ki, kimsə ilə bir şey barədə razılığa gəlmək istəyirsənsə, onunla "mən patronam, sən axmaqsan" üslubunda danışmırsan və şantaj etmirsən. Məncə, bu, daha çox “Rusiya elitasına bir mesajdır, bu psixoloqdan qurtulun, danışarıq mesajı”, - o vurğulayıb.
Zaqorodnı qeyd edib ki, Tramp Putinin tələblərinin Qərb üçün qeyri-real olduğunu başa düşür. Ona görə də ictimai məkanda Kreml rəhbərinə təzyiq göstərir.
"Tramp ona Zaporojye və ya Donetsk bölgəsini verə, NATO-nun Avropadakı hərbi infrastrukturunu sıradan çıxara, Rusiyaya qarşı sanksiyaları qaldıra bilərmi? Bu, tamamilə cəfəngiyyatdır. Ona görə də o, ictimai şəkildə belə təzyiqlər edir ki, Putin özünə gəlsin. Üstəlik, bu, Putinin ölkə daxilindəki mövqeyinə zərbə vurur, oradakı vətənpərvərlər artıq Putinin ölkəni elə vəziyyətə gətirdiyini deyirlər ki, amerikalılar onlarla ultimatum tonunda danışırlar”, - Zaqorodnı deyib.
Zaqorodnının sözlərinə görə, Putin istənilən halda, hətta danışıqlara getsə belə, ictimaiyyət qarşısında alçaldılacaq.
"Bu isə, ilk növbədə, Putinin gücünü sarsıdır. Əslində, Trampın onunla belə danışmağa başlaması çox yaxşı haldır. Bu, Rusiyada "Əsəd ssenarisi"nin getdikcə reallaşdığını göstərir", - o, yekunlaşdırıb. .