Trampa  Hitlerə oxşamaq   İTTİHAMI
22 dekabr 2023 18:59 (UTC +04:00)

Trampa Hitlerə oxşamaq İTTİHAMI

ABŞ-da Ağ ev rəhbəri postuna namizəd Donald Trampı Adolf  Hitlerə oxşamaqda ittiham ediblər. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onlar Trampın seçki kampaniyası zamanı “Amerikanın qanı zəhərlənib” dediyi çıxışına diqqət çəkiblər.

Bu sözlərlə o, mühacirlərlə bağlı vəziyyəti dəyərləndirib. Trampın sözlərinə görə, Afrika və Cənubi Amerikadan gələn immiqrantlar “ABŞ-ın strukturunu məhv edirlər”.

Dövlət başçısı postuna namizədin bəyanatını şərh edən rəqibləri Trampın Adolf  Hitlerin “Mein Kampf” (“Mənim mübarizəm”) əsərindən sitat gətirdiyini qeyd ediblər. Bu kitab həm də “Şimali irq” nümayəndələrinin “qanının saflığından” bəhs edir.

O, tərəfdarları qarşısında növbəti çıxışında bu ittihamı təkzib etməyə çalışıb. O, təkid edib ki, heç vaxt “Mein Kampf”ı oxumayıb. Eyni zamanda o, ABŞ-ın hazırkı prezidenti Co Baydeni miqrantların “ölkəyə axınına” səbəb olan siyasətinə görə günahlandırıb.

Co Bayden və Donald Tramp arasında gərgin siyasi mübarizə davam edir. Bu həftə məlum olub ki, Kaliforniya məhkəməsi Trampı 2021-ci ildə Kapitolinin işğalı ilə bağlı işdə əli olduğuna görə seçkidən kənarlaşdırıb. Bu, Tramp tərəfdarları tərəfindən 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək üçün həyata keçirilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3480
avatar

Oxşar yazılar