Donald Tramp yaxın gələcəkdə ABŞ-İran arasında potensial müharibənin başlaması ehtimalı ilə əlaqədar təcili tədbirlər görüb.
ABŞ prezidenti Donald Tramp müşavirlərinə İrana mümkün hücum üçün sürətli və sərt ssenarilər hazırlamağı tapşırıb ki, bu, onun planına görə, Yaxın Şərqdə uzunmüddətli münaqişəyə səbəb olmamalıdır.
Lent.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Tramp administrasiyasının anonim rəsmiləri qeyd ediblər ki, mənbələrə görə, optimal ssenari İran rəhbərliyinin ABŞ şərtləri ilə razılaşmaqdan başqa alternativi qalmayacaq qədər güclü zərbə endirilməsini nəzərdə tutur.
Daha əvvəl xəbər verildiyi kimi, son günlərdə ABŞ prezidenti Donald Trampa İrana qarşı potensial hərbi əməliyyatların daha geniş siyahısı təqdim edilib. Bu tədbirlərin ölkənin nüvə və raket infrastrukturuna daha çox ziyan vurmaqla təzyiqi artırmaq, eləcə də İranın ali rəhbərliyinin mövqeyini sarsıtmaq məqsədi daşıdığı deyilir.
Buna qədər Pentaqon və Ağ ev administrasiyasının ABŞ prezidenti Donald Trampa İrana qarşı mümkün tədbirlər üçün bir neçə variant təqdim etdiyini bildirlib. Bunların arasında İran rəhbərliyi və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli hədəflərə genişmiqyaslı zərbələr endirilməsi ssenarisi də var.
Eyni zamanda, qeyd edildiyi kimi, Tramp ABŞ-ın strateji planlarını və hərbi planlaşdırmasının təfərrüatlarını açıqlamamaq üçün qəsdən qeyri-müəyyən ifadələrə əl atır.