Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü Şuşada qeyd olunub.
Lent.az-ın məlumatına görə, bu barədə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov "Twitter” səhifəsindən etdiyi paylaşımında bildirib.
“Qürurlu anlar. Milli Ordumuzun qanı bahasına işğaldan azad olunmuş Şuşada 15 sentyabr, Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü qeyd olunub. Milli Ordumuzla fəxr edirik”, - M. Abbasov paylaşımında qeyd edib.