Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti
15 iyun 2021 18:09 (UTC +04:00)

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

Şuşada Ərdoğandan Ermənistana ÇAĞIRIŞ

“Atəşkəs anlaşmasından sonra bütün tərəflər arasında yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımızın bu məsələdəki səmimiyyətlərinə yaxından şahidik. Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik”.

Lent.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan ona uzadılan bu xoş niyyət və həmrəylik əlini tutmalı, ortaq gələcəyi birlikdə qurmaq fürsətini yaxşı istifadə etməlidir.

““3+3” əməkdaşlıq platformasını irəli sürdür. “3+3” platformasında Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı nəzərdə tutulur. Bu platforma ilə birlikdə bölgənin sülh içərisində yaşamasını istəyirik. nan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Hörmətli Vladimir Putin də bu cür fədakarlığa hazırdır. Bu məsələdə atılacaq addımlarla bölgədə sülh bərqərar olunacaq. Bu tarixi fürsətin gerçək olmayan həvəslər, çıxışlar və əməllərlə qaçırılmaması ən böyük diləyimizdir. Bölgədə yeni vəziyyətə fayda vermək istəyən hər kəs nifrət və təhrik siyasətindən vaz keçərək sülh və əməkdaşlığı təşviq etmək şərtdir. Belə bir iqlim formalaşdıqda Ermənistanla əlaqələrin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə söyləyirik. Bu ümidverici prosesin Azərbaycanla Ermənistanın imzaladıqları atəşkəs bəyanatını əhatəli bir sülh anlaşması ilə taclandıracağı halda çox daha sağlıqlı davam edəcəyinə inanırıq”, - Türkiyə Prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3400

Oxşar yazılar

Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya prezidenti Azərbaycana gəldi

1 aprel 2025 , 21:31
Azərbaycanda  maliyyə hesabatı   təqdim edən partiyaların SİYAHISI

Azərbaycanda maliyyə hesabatı təqdim edən partiyaların SİYAHISI

1 aprel 2025 , 19:49
Tramp Putini  diz çökdürə   bilər -  İDDİA

Tramp Putini diz çökdürə bilər - İDDİA

1 aprel 2025 , 19:46
Baş prokuror Vyetnamda

Baş prokuror Vyetnamda

1 aprel 2025 , 15:05
Almaniya Azərbaycandan üzr istədi

Almaniya Azərbaycandan üzr istədi

1 aprel 2025 , 08:29
Ralf Horlemann

Almaniya səfirinə SƏRT XƏBƏRDARLIQ: "Üzrxahlıq edilməlidir!"

31 mart 2025 , 19:34
Ermənistan silahlı təxribatlarını belə gizlədir

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 mart 2025 , 18:25
Ermənistandan növbəti TƏXRİBAT:  Dron qaldırdı, atəş açdı...

Ermənistandan növbəti TƏXRİBAT: Dron qaldırdı, atəş açdı...

31 mart 2025 , 10:18