Sentyabrın 27-də Azərbaycanda Anım Günüdür
23 sentyabr 2021 17:44 (UTC +04:00)

Sentyabrın 27-də Azərbaycanda Anım Günüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Təşkilat Komitəsindən Lent.az-a verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

# 3912
avatar

Oxşar yazılar

Putin İrəvanda  məğlub oldu

Putin İrəvanda məğlub oldu

18 mart 2024 , 19:03
İlham Əliyev Xankəndidə Novruz tonqalını yandırdı

İlham Əliyev Xankəndidə Novruz tonqalını yandırdı

18 mart 2024 , 12:31
“Toplum TV”nin QRANT QAÇAQMALÇILIĞI  - yeni detallar

“Toplum TV”nin QRANT QAÇAQMALÇILIĞI - yeni detallar

18 mart 2024 , 10:21
Prezident NATO-nun baş katibi ilə şam yeməyində

Prezident NATO-nun baş katibi ilə şam yeməyində

17 mart 2024 , 22:28
Azərbaycan və Gürcüstan liderlərinin bəyanatları - VİDEO

Azərbaycan və Gürcüstan liderlərinin bəyanatları - VİDEO

16 mart 2024 , 14:34
BAXCP-nin adı ƏHD  oldu

BAXCP-nin adı ƏHD oldu

16 mart 2024 , 13:20
Bayden İlham Əliyevi təbrik etdi

Bayden İlham Əliyevi təbrik etdi

16 mart 2024 , 11:10
Mətbuat Şurası Nurşən Quliyevi təltif etdi

Mətbuat Şurası Nurşən Quliyevi təltif etdi

15 mart 2024 , 18:18