İran hökumətinin güneydəki soydaşlarımıza qarşı düşmən münasibəti davam edir.
Lent.az xəbər verir ki, Güney Azərbaycanın Xoy şəhərində qeydə alınan dağıdıcı zəlzələ nəticəsində minlərlə soydaşımız evsiz qalıb, xeyli sayda yaralı və ölənlər var.
Hər zaman olduğu kimi, bu dəfə də İran hökuməti güneyli soydaşlarımıza sahib çıxmaq istəmir. Zəlzələnin fəsadları qarşısında çarəsiz qalan soydaşlarımız vətəndaşına sahib çıxa bilməyən molla rejimini sərt tənqid edirlər:
“Hər yerə zəng edirik. Zənglərimizə cavab verən də yoxdur. Çox ağır vəziyyətdə yaşayırıq. Evsiz qalmışıq, yaralılarımız var, baxan yoxdur. Küçədə yatırıq, bizə çadır da vermirlər”
Qarlı və şaxtalı gecələrdə küçələrdə gecələmək məcburiyyətində qalan soydaşlarımız dövlət qurumlarına dəfələrlə müraciət etsələr də onların şikayətinə cavab belə verilməyib. İran hökuməti təbii fəlakətdən əziyyət çəkən azərbaycanlılara düşmən münasibətini sərgiləməkdən çəkinmir. Çarəsiz qalan soydaşlarımız Allahdan imdad diləyirlər:
Xoylu soydaşlarımız qarlı və şaxtalı gecələri küçələrdə ocaq başında keçirirlər:
Fotolar və videolar "MOUZE" teleqram kanalından götürülüb