Qarabağdakı qondarma rejimin sabiq “prezidenti”nin harada olduğu məlum olub.
Lent.az xəbər verir ki, bu barədə Rusiyanın “Tass” agentliyi məlumat yayıb.
Bildirilir ki, qondarma rejimin “rəhbər”i Samvel Şahramanyan artıq Ermənistan ərazisindədir. O, Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmayıb.
Bu barədə Bakı və İrəvan tərəfi rəsmi məlumat verməyib.