Rüstəm Muradov
06 sentyabr 2021 20:50 (UTC +04:00)

Rüstəm Muradov

Rüstəm Muradov Qarabağda xidmətini başa vurdu

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Lent.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə Muradovu kimin əvəz edəcəyi açıqlanmayıb, ancaq hələ may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı.

Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi polkovnik İqor Şerbakovun da iştirak etdiyi görüşdə Qarabağdakı sülhməramlı missiyanın gedişi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.

# 4356
avatar

Oxşar yazılar